Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

Novruz Məmmədov: "İran və Azərbaycanın arasına üçüncü tərəf girə bilməz"


Novruz Məmmədov
Novruz Məmmədov

-

"Birləşmiş Ştatlar separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə yardımı göstərir.

Halbuki qitənin digər regionlarında analoji situasiyalarda ABŞ sanksiyalar tətbiq edir və özünün maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir".

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Lenta.ru-ya müsahibəsi

Lenta.ru: Son vaxtlar Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri yeknəsəq alınmır. Bir tərəfdən, Qərbli tərəfdaşların iştirakı ilə iqtisadi əməkdaşlıq dinamik inkişaf edir, digər tərəfdən, tez-tez tərəflərdən kəskin bəyanatlar eşidilir. Sizcə, belə ikibaşlılıq nədən qaynaqlanır və formatı dəyişdirməyə əsas varmı?

N.Məmmədov: Azərbaycan beynəlxalq əlaqələrini bərabərhüquqlu və qarşılıqlı fayda əsasda qurur. Qərb dövlətləri, o cümlədən ABŞ bu baxımdan istisna təşkil etmir. Azərbaycan öz mövqeyində ikili standarta yol vermir. Biz davamlı dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmama tərəfdarıyıq.

Ancaq bəzən ayrı-ayrı ölkələrin mövqelərini və açıq-aşkar ikili standarta dayanan siyasətini anlamırıq. Azərbaycan onun müstəqil siyasət yürütməsi ilə heç cür barışa bilməyən Qərb siyasətçilərinin tez-tez əsassız tənqidinə hədəf olur.

Həmin ölkələrdə erməni diasporasının maraqlarına xidmət edən digər tənqidçilər isə Azərbaycanı gözdən salmağa, təcavüzkarı silahlandırılmasına və Azərbaycan torpaqlarının 20 faizinin işğalı faktına haqq qazandırmağa çalışırlar. Milyondan çox qaçqın və məcburi köçkünün tapdalanmış hüquqları isə diqqətdən kənarda qalır. Birləşmiş Ştatlar separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə yardımı göstərir. Halbuki qitənin digər regionlarında analoji situasiyalarda ABŞ sanksiyalar tətbiq edir və özünün maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir.

Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev

Azərbaycan nəhəng enerji və logistika layihələri həyata keçirməklə özünü məsuliyyətli tərəfdaş kimi təsdiq edib. Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol layihəsi kimi regional layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edir və həyata keçirir. Bu, ölkəmizin 1991-ci ildə müstəqilliyinin bərpasından bəri transmilli maliyyə korporasiyalarının iştirakı olmadan maliyyələşdirilən ilk regional layihədir.

Lenta.ru: Rusiyanın “Cənub axını”ndan imtina etməsindən sonra Rusiya ilə Azərbaycanın Avropa bazarına eyni vaxtda çıxmaq məqsədilə daha sıx əməkdaşlıq etməsi mümkündürmü?

N.Məmmədov: Rusiya və Azərbaycanın enerji layihələri bir-birini tamamlayır. Avropa bazarı enerji resurslarına ehtiyac duyur. Enerji bazarı da ən ödənişqabiliyyətli və qanunvericiliklə tənzimlənən bazardır. Azərbaycan enerji layihələrini yalnız və yalnız iqtisadi maraqlarını rəhbər tutaraq həyata keçirib və bundan sonra da belə həyata keçirəcək.

Lenta.ru: Moskva ilə Bakının münasibətləri baxımından ötən ili necə qiymətləndirərdiniz?

N.Məmmədov: Azərbaycan-Rusiya əlaqələri üçün liderlər İlham Əliyev və Vladimir Putinin şəxsi münasibətlərinə əsaslanan çoxcəhətlilik xarakterikdir. 2014-cü ildə siyasi dialoqun dərinləşməsində, iqtisadi layihələrin reallaşmasında humanitar layihələrin həyata keçirilməsində və hərbi-texniki əməkdaşlığın genişlənməsində dinamika müşahidə olunub. Bizim üçün Rusiya strateji tərəfdaşdır və biz münasibətlərimizi yüksək qiymətləndiririk.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Lenta.ru: Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsi dəfələrlə müzakirə obyekti olub, amma bu müzakirələrin heç birindən bir nəticə hasil olmayıb: Bakı Ermənistana görə birliyə daxil olmaq istəmir. Ancaq siz bu İttifaqla əməkdaşlığın genişləndirilməsi üçün hansısa format düşünürsünüzmü?

N.Məmmədov: Biz Avrasiya məkanında inteqrasiya proseslərini diqqətlə izləyirik. Kiçik ölkə olsaq da, qitələr arasında yerləşməmiz bizi bir çox logistika layihələrinin iştirakçısına çevirir. Azərbaycanın iqtisadi potensialı əməkdaşlıq üçün öz şərtlərini diktə edir və ikitərəfli format bu gün bizim üçün daha optimal görünür. Avrasiya İqtisadi İttifaqının üzvləri olan Rusiya, Qazaxıstan və Belarusla bizim uğurlu qarşılıqlı faydalı əlaqələrimiz var. Azərbaycanın bu ölkələrin hər biri ilə əhəmiyyətli ticarət dövriyyəsi və gələcəkdə bu dövriyyənin daha da artırılması üçün böyük potensial var.

Azərbaycan prezidentinin Ermənistanın sözügedən İttifaqa üzvlüyünə dair mövqeyini Qazaxıstan prezidenti dilə gətirdi. Bu ondan ibarətdir ki, Yerevan istənilən birliyə qoşula bilər, lakin yalnız beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri çərçivəsində.

Biz bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi məqsədəuyğunluq nöqteyi-nəzərindən yanaşırıq. Hazırda əməkdaşlığın ikitərəfli formatı həm bizi, həm də bizim tərəfdaşlarımızı qane edir.

Lenta.ru: İranla siyasi və iqtisadi əlaqələrin inkişafı perspektivləri necədir?

N.Məmmədov: 2014-cü ildə Azərbaycan prezidentinin İrana, İran prezidentinin də Azərbaycana səfəri baş tutdu. Qarşılıqlı əlaqələrin bütün aspektləri müzakirə olundu, nəqliyyat, ticarət və mədəniyyəti əhatə edən yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi. İran və Azərbaycan qonşudurlar və bizim aramıza üçüncü tərəf girə bilməz. Azərbaycan başqa ölkələrlə qarşılıqlı münasibətlərində öz öhdəliklərinə məsuliyyətlə yanaşır. İranla münasibətlər də bu baxımdan istisna təşkil etmir. Biz İranla bütün səviyyələrdə tərəfdaşlığı genişləndirməyə hazırıq.

XS
SM
MD
LG