Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Azərbaycanda mediaya 2 dəfəlik möhlət...


Azerbaijan. Baku. Azerbaijani newspapers

Azerbaijan. Baku. Azerbaijani newspapers

.

İKİ MƏHKƏMƏ = TƏHLÜKƏ

Azərbaycanda bundan sonra haqqında il ərzində 2-cə dəfə məhkəmə hökmü çıxarılmış media orqanı asanca bağlana bilər. “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliklər bunu deyir. Qanunu prezident fevralın 3-də imzalayıb və artıq qüvvədədir.

Dəyişikliyə görə hər hansı qərəzli hesab edilmiş yazılaraa görə il ərzində məhkəmə media orqanına qarşı 2 dəfə qərar qəbul edibsə, daha həmin informasiya vasitəsinin qapadılması gündəliyə gələcək. Bunun üçün də məhkəmə qarşısında ayrıca iddia qaldırılacaq.

Rahim Hacıyev

Rahim Hacıyev

DAMOKL QILINCI?!

“Azadlıq” qəzetini də müxtəlif səbəblərdən tez-tez məhkəmə qapılarında görmək olar. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev qanundan narahatlıqlarını dilə gətirir. O, bu dəyişikliyi azad mətbuata təzyiq adlandırır:

“Bu, azad mətbuata təzyiq dalğasıdır. Həm də özünü senzuranın gücləndirilməsidir. “Azadlıq” qəzetinə qarşı 2013-cü ildə 2 məhkəmə qərarı olub. Qəzetlərə qarşı asanlıqla məhkəmə qərarları qəbul edilə və mətbuat susdurula bilər. Məhkəmələrdə bizim arqumentlərimiz qəbul edilmir, ciddi araşdırılma aparılmır.”

Rahim Hacıyev qanuna dəyişikliyi ciddi təhlükə adlandırsa da, “Azadlıq” qəzetinin prinsiplərə sadiq olduğunu və əvvəlki templə çalışacağını bildirib.

Aydın Quliyev

Aydın Quliyev

MEDİANI TƏMİZLƏMƏK

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyir ki, dəyişikliyin ciddi mətbuat orqanı üçün heç bir qorxusu yoxdur. O, bildirir ki, qanunda əsas hədəf reket jurnalistikası ilə məşğul olan mətbuat orqanlarıdır:

“Mən bu qərarı şəxsən təqdir edirəm. Ona görə ki adları qara siyahıya düşən, xəbərdarlıq alan, inzibati cəzalar alan orqanlar əvvəlki işlərini davam etdirə bilməyəcəklər. Brend olan, imicə malik mətbuat orqanlarının bu sarıdan qorxusu, təhlükəsi yoxdur. Müaviq orqanlara etdiyimiz müraciətlərdən biri də budur ki, bir neçə dəfə xəbərdarlıq alanların fəaliyətinin dayandırılması üçün məhkəmələrə səlahiyyətlər verilsin.”

Mehman Əliyev

Mehman Əliyev

İFADƏ AZADLIĞI POZULUR

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ölkədə azad məhkəmə sistemin olmadığını deyir. O, bildirir ki, bu durumda qanun jurnalistikaya ciddi senzura yaradır:

“Bu Damokl qılıncıdır. Daha ehtiyatlı yazmaq daha çox hakimiyətdən qorxmağa hesablanıb. Bizdə məhkəmə sistemi azad olmadığından hər hansı bir qərar çıxarmaq da asandır. Azad məhkəmə sistemi, ekspert sistemi olsa idi onda başqa məsələ. Hakimiyətdəki pozuntulardan, cinayətlərdən məlumatlar yazılır. Bu əməllərdə adları keçənlər cəzalanmır. Ancaq, media, bunları yazanlar cəza alırlar.”

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Mehman Əliyev qanuna dəyişiklikləri siyasi qərar adlandırır.

Media eksperti Ələsgər Məmmədli qanuna dəyişikliyi şərh edərkən belə deyib ki, bu, qanunvericilikdə ikiqat cəzalandırma mexanizmidir. bu da beynəlxalq hüququn normalarına ziddir. Ekspert bildirir ki, bu dəyişiklik həm də ifadə azadlığının pozulmasıdır:

“Əgər hansısa media orqanı pozuntuya görə cəriməyə məhkum edilibsə, deməli o cəzasını alıb. "İki dəfə cəzalanma" suçu ilə üçüncü dəfə cəzalandırmaq - bu, heç bir qanuna sığımır. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin - ifadə azadlığının da pozulmasıdır. Bu maddə göstərir ki, ifadə azadlığını ortadan qaldıran heç bir məhdudiyyət tətbiq oluna bilməz.”

BEYNƏLXALQ YOX, YERLİ TƏCRÜBƏ ÖNƏMLİDİR

Ekspertlərin fikirlərinə Mətbuat Şurası İdarə Heyəti üzvü Aydın Quliyevin cavabısa belə oldu:

“Bəzən medianın dünya standartlarında formalaşmış dəyərlərindən yox, yerli formalaşmış dəyərlərdən çıxış etmək daha düzgün olur. Bu yerli xüsusiyyətlərə söykənəndə, mənim fikrimcə, ifadə azadlığının pozulması və təhlükədən danışmaq hələ tezdir.”

İqbal Ağzadə

İqbal Ağzadə

Ötən il dekabrın 16-da Milli Məclis KİV haqqında qanununa dəyişiklikləri müzakirəyə çıxarmışdı. Müzakirələrdə deputat İqbal Ağazadə bildirmişdi ki, KİV haqqında qanuna edilən dəyişiklik təkliflərinin heç biri fundamental deyil:

«Qərəzli yazılarına görə, il ərzində barəsində 2 dəfə məhkəmə qərarı verilən KİV orqanının bağlanması məsələsi hüquqa ziddir. Məhkəmə bir işlə bağlı yalnız bir dəfə qərar verə bilər. Qanunda indiyədək var idi ki, əgər məhkəmə KİV orqanı ilə bağlı 3 dəfə qərar çıxarsa, bağlansın. İndiyədək bu təcrübədən istifadə olunubmu? Yox, bəs, onda nə baş verir ki, bu 3 dəfəni 2 dəfəyə endirməyi təklif edirsiz?

Hesab edirəm ki, bu dəyişikliyi təklif edənlər Azərbaycanın beyəlxalq aləmdə nüfuzunu, yerini nəzərə almayıblar. Bu dəyişikliyin qəbulundan sonra daxildə də, xarcidə də deyəcəklər ki, KİV haqqında qanuna mürtəce dəyişiklik edildi».

Rəbiyət Aslanova

Rəbiyət Aslanova

Deputat Rəbiyyət Aslanova isə qanuna dəyişikliyi dəstəkləyənlərdəndir:

«KİV haqqında qanuna edilən bu təklif insanların şərəf və ləyaqətini müdafiə edən bir dəyşiklikdir. Bu KİV orqanlarının məsuliyyətini artıracaq. Hesab etmirəm ki, bir KİV orqanı barədə məhkəmə 3 dəfə qərar verəndən sonra bağlanmasının 2 dəfəyə endirilməsi ciddi addımdır».

Dəyişiklikdən əvvəlki qanuna görə KİV 3 dəfə məsuliyyətə cəlb ediləndən sonra onun fəaliyətinə xitam verilməsi iddiası qaldırıla bilərdi. KİV haqqında qanuna görə, mətbuat orqanın bağlanması haqqında məhkəməyə müraciəti Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri və Mətbuat Şurası müraciət edə bilər.

2 dəfə cəzalandırılmış media orqanının artıq bağlanması barədə məhkəməyə müraciəti isə Ədliyyə Nazirliyi edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG