Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:39

-

Fevralın 3-də Naxçıvan Şəhər Məhkəməsi həbsdə olan AXCP fəalı HicranQasımovun şərti azadlğa buraxılması ilə bağlı qərar çıxarıb. Bu haqda AzadlıqRadiosuna Hicran Qasımovun yaxınları məlumat verib.

Məhkəmə onun haqqında 2 illik şərti cəza qərarı çıxarıb.

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG