Fransa hazırda rusiyapərəst separatçılarla mübarizədə Ukraynaya silah verməyi planlaşdırmır.
Fransanın müdafiə naziri Jean-Yves Le Drian fevralın 4-də Parisdə kanadalı həmkarı Robert Nicholsonla keçirdiyi mətbuat konfransında deyib ki, Fransa hesab edir ki, bu münaqişəni siyasi yolla həll etmək lazımdır.
Almaniyanın kansleri Angela Merkeldə fevralın 3-də belə bir bəyanatla çıxış edib.
Bu bəyanatlar Vaşinqtonun Kiyevə silah verilməsinə baxması ilə bağlı ABŞ mətbuatında gedən mlumatlardan sonra verilib.