Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

Münhendə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq


Edward Nalbandian v' James Warlick
Edward Nalbandian v' James Warlick

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 5-də Münhendə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatına görə,fevralın 5-7-də Münhendə beynəlxalq təhlükəsizlik konfransı keçiriləcək.

Konfrans çərçivəsində həmsədrlərin Ermənistanın xarici işlər naziri Edward Nalbandianla görüşü nəzərdə tutulub.

Yanvarın 27-də isə həmsədrlər Krakovda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Qeyd edək ki, yaxın aylarda həmsədrlərin regiona səfərləri gözlənilir.

XS
SM
MD
LG