Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:06

Rusiya prezidenti Vladimir Putin Gürcüstanın separatçı vilayəti Abxaziya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib.

Kremil fevralın 4-də bəyan edib ki, bu müqavilə Abxaziya ilə Rusiya arasında sosial-iqtisadi və hümanitar sahələrdə hökumətlərarası əlaqələrə özül yaradır.

Bu müqavilədə həmçinin birgə müdafiə və təhlükəsizlik məkanı yaradılması nəzərdə tutulur.

Tərəflər bu müqaviləni ötən il noyabrın 24-də imzalayıb.

Həmçinin Gürcüstanın digər separatçı bölgəsi Cənubi Osetiya yaxın aylarda Rusiya ilə belə bir müqavilə imzalayacağını bəyan edib.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG