Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

-

Bu günlərdə Azərbaycanın digər bölgələri kimi Naxçıvanda da Gənclər Günü qeyd olunub. Tədbirdə muxtar respublikada həyata keçirilən gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən danışılıb.

«SAYMAQLA BİTMƏYƏN MƏRKƏZLƏR...»

Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov çıxışında bildirib ki, gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir:

«Gənclərin dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, olimpiya-idman kompleksləri, idman mərkəzləri və saymaqla bitməyən digər obyektlər tikilərək, gənclərin istifadəsinə verilib. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır».

Naxçıvan gənclərinin isə burada həyata keçirilən «gənclər siyasəti»nə münasibəti birmənalı deyil. Onların bir çoxu hesab edir ki, bu siyasət nəinki gənclərin aparıcı qüvvəyə çevirilməsinə, əksinə cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən (şərti adı Rəşad Salahov - red ) gənclərdən biri deyir ki, yerli hakimiyyət müxtəlif maneələr yaratdığından onlar sərbəst fəaliyyət göstərə bilmirlər:

«BİZİ HƏR YERDƏ İZLƏYİRLƏR...»

Naxçıvan

Naxçıvan

«Bizi hər yerdə izləyirlər. Sərbəst həyat yaşamağımıza imkan vermirlər. Bu gün gənc oğlanların saç düzümünə, sevgililərin əl-ələ tutub gəzməsinə qadağa qoyulursa, internet fəaliyyətimiz izlənirsə hansı qayğıdan söhbət gedə bilər. Heç kim azad sözünü deyə bilmir. İstədiyin siyasi yaxud, qeyri-hökumət təşkilatına qoşulmaq az qala cinayət səviyyəsində dəyərləndirilir. Bu cür gənclərə «vətən xaini», «dövlətçiliyin düşməni» damğası vurmaqla cəmiyyətdən təcrid edirlər. Bunların gözündə əsl gənclik yaltaq və kölə düşüncəsində olmalıdır. Bu cür gənclər üçün hər tərəfdə yaşıl işıq yanır. Gənclərin istirahət və əyləncəsi üçün yalnız Naxçıvan şəhərində bəzi məkanlar var. Ora gedənlər də izləndiyindən heç kim maraq göstərmir bu mərkəzlərə. Kəndlərdə və rayon mərkəzlərində isə gənclərin yığışdığı çayxana və digər məkanlar çoxdan dağıdılıb. Əsas bəla olan işsizlik də bir tərəfdən».

«NAXÇIVAN GƏNCLİYİ TÜRKİYƏ KÜÇƏLƏRİNDƏ DOĞULUB, ORADA DA BÖYÜYÜR»

Rəşad Salahov deyir ki, bu vəziyyət gənclərin Naxçıvanı tərk etməsinə, yaxud da onların dini qruplara meyl etməsinə gətirib çıxarır:

«Bu gün gənclərin çoxu tərk edib Naxçıvanı. Ya işsizlikdən, ya üzləşdiyi haqsızlıqdan. Burada qalanlar da digər məşğuliyyət olmadığından dinə meyl edirlər. Yəni, əvvəllər gənclər çayxanalara yığışıb ölkədəki vəziyyəti müzakirə edirdilərsə, indi evlərə yığışıb hansı İslam təriqətinin haqlı, hansının haqsız olduğu haqda mübahisə edirlər. Onlara da «İran agenti», «nurçu», yaxud «vəhhabi» damğası vurub təcridxanalara doldururlar. Gəncliyi belə məhv edirlər. Ağızdolusu təhsildən, yeni tikilənməktəblərdən danışırlar.

məktəblərdə oxuyacaq şagird yoxdur, siniflər boş qalır. Naxçıvan ailələrinin əksəriyyəti çoxdan Türkiyəyə köçüb. Bu günkü Naxçıvan gəncliyi Türkiyə küçələrində doğulub, orada da böyüyür...

O məktəblərdə oxuyacaq şagird yoxdur, siniflər boş qalır. Naxçıvan ailələrinin əksəriyyəti çoxdan Türkiyəyə köçüb. Bu günkü Naxçıvan gəncliyi Türkiyə küçələrində doğulub, orada da böyüyür. Türkiyədə elə uşaqlar var ki, artıq gənc yaşına çatıb, ancaq Naxçıvanın üzünü görməyib. Ancaq, onların qeydiyyatı Naxçıvanadır və orta məktəblərdə adları gedir. Türkiyədə qeyri-qanuni yaşadırlarından, özləri də orada təhsilsiz qalıblar. Bu gənclərdən bir çoxu heç, adını da yaza bilmir. Bu hakimiyyətə məhz belə gənclik lazımdır».

Naxçıvan Muxtar Respublika Gənclər və İdman Nazirliyindən narazı gənclərin iddialarını təkzib etdilər. Nazirlikdən bildirdilər ki, Naxçıvanda hər bir gənc üçün sərbəst şərait yaradılıb.

Naxçıvan

Naxçıvan

Ötən ilin sonlarında Naxçıvanda dindarların kütləvi həbs olunaraq təcridxanalara aparılmaları ilə bağlı xəbər yayılmışdı. Onların bir qisminin bir neçə gün sonra azadlığa buraxıldığı, bir qiminin isə uzunmüddətli həbs cəzası aldığı bildirilirdi. Azadlığa buraxılanlar AzadlıqRadiosuna bildirmişdi ki, müxtəlif təriqətlərə xidmət etdiklərini boyunlarına almaları üçün onlara ağır işgəncələr verilirmiş. Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən bu məlumatı təkzib etmişdilər.

Rəsmi statistikaya görə, hazırda Naxçıvan sakinlərinin sayı 440 min nəfərə yaxındır. Bəzi yerli təşkilatlar isə işsizlik və digər problemlər üzündən bu sakinlərin böyük əksəriyyətinin Türkiyədə, Bakıda və digər ölkələrdə yaşadığını bildirirlər. İstanbulun böyük rayonlarında Naxçıvan ailələri kompakt şəkildə yaşayırlar. Təxminən iki il öncə şəhərin rəsmiləri AzadlıqRadiosuna bildirmişdi ki, təkcə Halkalı rayonunda 5 mindən çox naxçıvanlı ailə yaşayır. Bu ailələrin uşaqları təhsil və digər imtiyazlardan yararlana bilmirlər. Naxçıvan rəsmiləri isə əhalinin muxtar respublikanı tərk etməsini xəbərlərini inkar edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG