Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06

Yunanıstan rəsmisi Avropa Bankı ilə danışıqların səmərəli olduğunu deyir


Yanis Varoufakis

Yanis Varoufakis

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis fevralın 4-də Avropa Mərkəzi Bankı ilə müzakirələrin səmərəli və ümidverici olduğunu deyir.

Varoufakis Frankfurtda bankın rəhbəri Mario Draghi ilə görüşdən sonra bildirib ki, onunla Draghi arasındakı gözəl əlaqələr gələcəyə ümidlə baxmağa imkan verir.

Financial Times isə yazır ki, əksinə Draghi qiymətli kağızların satılması da daxil olmaqla Afinanın iqtisadi planının qarşısını ala bilər.

Yunanıstanın baş naziri Alexis Tsiprase də Brüsseldə Avropa Parlamentinin prezidentiMartin Schulzla görüşdən sonra qarşılıqlı qəbuledilən həllə nikbin yanaşdığını deyib.

Qeyd edək ki, Yeni Yunanıstan hakimiyyəti Avropa Birliyinin tələb etdiyi kəskin iqtisadi islahatlar planından imtina edəcəyini bəyan edib.

O bu tədbirlərin əvəzində Avropa Birliyindən coxmilyardlıq maliyyə yardımı almalıdır.

Yunanıstanın bu addımı ölkənin avrozonadan çıxması ilə də nəticələnə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG