Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Warlick:"Prezidentlərin müzakirələri davam etdirməsi cox vacibdir"


Warlick
Warlick

“Hər iki prezident bilir ki, Dağlıq Qarabağ münaqişəsində hərtərəfli həll yolu tapmaq lazımdır və ötən ilki müzakirələrdə onların mövqeində yaxınlaşma oldu, fikir ayrılıqları daraldı.Prezidentlərin bu müzakirələri davam etdirməsi cox vacibdir.Cünki hazırda regionda zorakılığın artdığını müşahidə edirik və bu hər iki ölkə və region sakinlərinin maraqlarına xidmət eləmir”.

Bunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick Azadlıq Radiosunun “Nastoyaşeye Vremya” televiziya kanalına müsahibəsində deyib.

O bildirib ki, biz bu münaqişənin dinc yolla həllini istəyirik, bunun üçün prezidentlər aralarındakı fikir ayrılıqlarını yoluna qoymalıdır və biz bu işdə onlara kömək edəcəyik.

Amerikalı həmsədr qeyd edib ki, biz hərtərəfli həll axtarırıq və bunun çərçivəsində müzakirə edəcəyimiz geniş msələlər olacaq.

Qeyd edək ki, Mins Qrupuna ABŞ Rusiya və Fransa həmsədrlik edir.

XS
SM
MD
LG