Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

«Moskva Ukraynanın tam işğalına hazırlaşır»


Prezident Vladimir Putin hərbi təlimləri izləyir - 3 mart 2014

Prezident Vladimir Putin hərbi təlimləri izləyir - 3 mart 2014

-

Moskva yaxın günlərdə Ukraynanı tam işğal etməyə hazırlaşır. Kremlin atəşkəs çağırışları, Donbasdakı rusiyapərəst yaraqlıların kütləvi çağırış bəyanatlarının məqsədi də diqqəti yayındırmaqdır.

Bunu rusiyalı təhlilçi Alexander Goltz deyir. Onun fikirlərinə «The Interpreter» onlayn dərgisində Avrasiya məsələləri üzrə ekspert Paul Goble yer ayırıb.

RUSİYA GÜC TOPLAYIR

Goltz-un fikrincə, bu qənaəti başqa bir məqam da gücləndirir: Moskva Rusiya Federasiyasının başqa yerlərindən, hətta problemli Orta Asiyadan qoşunlarını Ukrayna ilə sərhədə toplayır ki, genişmiqyaslı işğal üçün kifayət qədər gücü olsun.

Goltz fevralın 3-də «Yejednevnı Jurnal»da yazıb ki, hətta Putin-in mətbuat katibi Kreml rəhbərinin «Donbasdakı vəziyyətdən son dərəcə narahat olduğunu» dilə gətirib. Elə həmin xəbərdə TASS Kreml rəsmisinə istinadla yazıb ki, Moskva yaraqlıların niyə kütləvi səfərbərliyə çağırdığını anlayır.

«Müstəqilliyini elan etmiş qondarma respublika rəhbərləri Moskvanın nə dediyini anlayırlar. Onlar da danışıq istəyirlər, ancaq bir şərtlə ki, tutduqları ərazilər özlərində qalsın. Bu məsələ müzakirə olunmadığı üçün Moskvanın dəstəyi ilə savaşmağa davam edəcəklər», - Goltz yazır.

TACİKİSTANDAN ƏSGƏRLƏR ÇIXARILIR

Goltz-un fikrincə, yaraqlıların 100 min döyüşçü toplaması real görünmür. Onların nəzarətində olanların sayı buna imkan vermir: olsaydı, Stalin-in 2-ci Dünya müharibəsində etdiyindən daha çox adamı səfərbər edərdilər.

Ona görə də bu «səfərbərlik oyunları» Rusiya qüvvələrinin genişmiqyaslı hazırlığını pərdələmək üçündür. Yaraqlılar və Moskva ötən yayda da belə etmişdilər.

Bu arada Tacikistandakı 201 saylı Rusiya hərbi hissəsindən təxminən 3 min rus əsgərinin Ukrayna sərhədinə göndəriləcəyi barədə məlumatlar yayılıb. Bu da hərbi təhlilçinin qənaətini təsdiqləyir.

STRATEJİ KABUS

Tacikistandakı bazaya tacik əsgərlər yerləşdiriləcək. Bu isə təhlükəsizlik sarıdan narahatlıq yaradır. Qərb qüvvələrinin Əfqanıstandan çıxdığını da nəzərə alanda, Orta Asiyaya radikal islam təhlükəsi artır. Rusiya əsgərlərinin regiondan çıxarılması isə Moskvanın Ukraynada növbəti addımlarının vacibliyini göstərir.

Ancaq Goltz yazır ki, «indi diqqətini Ukrayna müharibəsinə yönəldən Rusiya Orta Asiyanı itirmək riskiylə üzləşir». Təhlilçinin fikrincə, Moskva tezliklə «strateji kabusla» qarşılaşa bilər. Əsgərlərini Orta Asiyadan çıxarıb UKraynaya göndərməklə, Orta Asiyadan on minlərlə qaçqın axını başlaya bilər.

Şərhləri göstər

XS
SM
MD
LG