Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Ukraynanın şərqindəki Debaltsevo şəhərində ağır döyüşlər gedir


Debaltseve

Debaltseve

ATƏT-in dinc sakinləri çıxarmaq çağırışına baxmayaraq Ukraynanın şərqindəki Debaltsevo şəhəri uğrunda döyüş davam edir.

Ukrayna ordusunun məlumatına görə, rusiyapərəst separatçılar bütün növ silahlardan istifadə edir.

Məlumata görə separatçılar Ukrayna ordusunun mövqelərinə 9 dəfə hücum etsə də ordunu şəhərdən çıxara bilməyib.

4 saatadək qızğın döyüş ketdiyi xəbər verilir.

Ukrauyna ordusunun sözçüsü Vyacheslav Seleznyov son 24 saat ərzində 2 Ukrayna əsgərinin həlak olduğunu, 18-nin yaralandığını deyir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300-dən çox adam ölüb.

ATƏT-in indiki sədri,Serbiyanın xarici işlər naziri

Ivica Dacic dinc sakinləri şəhərdən çıxarmaq üçün tərəfləri atəşkəsə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG