Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

-

«Vergi orqanlarından heç kim ixtisar edilməyib. Bu heç gözlənmir də».

Bunu Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov «facebook» hesabında yazıb. O qeyd edib ki, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün yeni struktur yaradılıb: «Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Bakı Vergilər Departamenti yaradılıb».

Şahin Məmmədov bildirir ki, ləğv edilmiş departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış Departamentdə işlə təmin olunub, bu zaman ixtisarlara yol verilməyib:

«Əksinə, Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib».

Nazirlik əməkdaşı onu da əlavə edir ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, Azərbaycan Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biridir:

«Yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir», - Şahin Məmmədov yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG