Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

Bakı-Tbilisi-Qars dəmiryolunda ilk qatarın sınağı uğurlu keçib


Foto: Arxiv

Foto: Arxiv

-

Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi-Türkiyə sərhədi sahəsində Kartsaxi stansiyasından sınaq qatarı xəttə buraxılıb.

«Azəryolservis» ASC-dən apa-ya verilən məlumata görə, mərasim Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikashvili-nin iştirakı ilə keçirilib.

Z.Məmmədov deyib ki, artıq Axalkalaki–Kartsaxi-Türkiyə sərhədi sahəsində yol istismara hazır vəziyyətdədir.

Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG