Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

Bakıda bütün küçə və prospektlərə yol polisləri təhkim edildi


Vaqif Əsədov
Vaqif Əsədov

-

Paytaxtın küçə və prospektlərində avtomobillərin dayanma, durma, parklanma qaydalarının pozulmasının qarşısının alınması üçün daha ciddi addımların atılması zərurəti yaranıb.

Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, Bakıda şəhərin xüsusən mərkəzi küçələri ilə hərəkət edərkən dayanma, durma, parklanma qaydaları pozulduğu üçün süni sıxlıq və tıxaclar yaşanır:

«Baxmayaraq ki, gün ərzində bununla bağlı Yol Polisi tərəfindən orta hesabla sürücülərə 300-dən artıq inzibati protokol tərtib edilir, yenə də analoji qayda pozuntularının sayı azalmır. Xüsusən taksi fəaliyyəti və digər fəaliyyət növləri ilə məşğul olan 60-dək sürücü bir həftə ərzində 3 dəfə təkrarən eyni xətanı törədib və cəzalandırılıb. Bu isə ciddi narahatlıq doğurur. Beləliklə, daha ciddi addımların atılması zərurəti yaranıb».

V.Əsədov bildirib ki, bununla əlaqədar BŞDYPİ-nin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb:

«Yol Polisi əməkdaşları paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma tələblərinin pozulmasının qarşısının alınmasının məqsədilə gün ərzində nəzarəti gücləndirmiş formada xidmət aparırlar. Artıq siyahı hazırdır. Konkret olaraq hər kəs müəyyən küçə və prospektlərə təhkim edilib və dislokasiya üzrə xidmət aparılır».

XS
SM
MD
LG