Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

“Avanqard” ədəbiyyat jurnalının ilk sayı satışda


"Avanqard" ədəbiyyat jurnalının ilk sayı çap olunub.

Jurnalda Xanəmirin “Qаpısı Vyananın təkkə” romanı, Rəhim Əliyevin geniş müsahibəsi, Zahid Sarıtorpağın, Fərid Hüseynin şeirləri, Qulamhüseyn Saidinin “Qurdlar” pyesi, Kənan Hacının tərcüməsində Tolstoyun “İnsan nə ilə yaşayır" povesti yer alıb.

Jurnalda daha sonra Əli Şirin Şükürlünün “Ev” essesi, Cavanşir Yusiflinin “Səlim Babullaoğlu haqqında 3 yazı”sı, Firuz Mustafanın “Bu yоl hara gеdir?”, Mübariz Örənin “İlıq”, Kənan Hacının “Özgə planetdən gələn səs” hekayələri, Səxavət Sahilin “İsanın qayıdışı” romanından bir parça, Həmid Piriyevin tərcüməsində Con Qolsuorsinin iki hekayəsi, Xanım Aydının tərcüməsində Vladimir Sorokinin “Bu qrotesk ölkə bir yazıçı üçün Eldoradodur” yazısı dərc olunub.

Jurnalın redaktoru Kənan Hacı, baş redaktoru isə Səxavət Sahildir. Jurnalı Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may metrosu) və Bakıtab mağazasından (İsqialaliyyət küçəsi 71, Sabirin heykəli ilə üzbəüz) əldə etmək olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG