Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:18

İordaniya iraqlı qadını və bir yaraqlını edam edir


Sajida al-Rishawi
Sajida al-Rishawi

-

İordaniyanın təhlükəsizlik və hökumət mənbələri deyir ki, iraqlı yaraqlı qadın Sajida al-Rishawi və daha bir iraqlı yaraqlı edam olunub.

İntiharçı qadın Al-Rishawi fevralın 4-də səhər asılıb. Edam olunan bir al-Qaeda üzvü İordaniyada bir neçə sui-qəsd həyata keçirməkdə təqsirləndirilib.

Al-Rishawi 2005-ci ildə Əmmanda hotelin bombalanmasında iştirakına görə ölümə məhkum edilmişdi. Həmin hadisədə onlarla adam həlak olmuşdu.

İD yaraqlıları iordaniyalı pilot Maaz al-Kasaesbeh-in əvəzində Sajida al-Rishawi tələb edirdi. Fevralın 3-də iordaniyalı pilotun diri-diri yandırıldığını göstərən video yayılıb.

XS
SM
MD
LG