Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

İordaniya pilotuna görə intiqam alacağını deyir


İordaniyalı pilot Muath al-Kasaesbeh
İordaniyalı pilot Muath al-Kasaesbeh

-

Fevralın 3-də İslam Dövləti (İD) silahlı qruplaşması iordaniyalı pilotun diri-diri yandırıldığını göstərən video yayıb. Videoda dekabrda tutulmuş pilot Maaz al-Kasaesbeh metal qəfəsdə alov içindədir.

İordaniya silahlı qüvvələri pilotun öldüyünü təsdiqləyib və İD yaraqlılarının "cəzalandırılacağını, onlardan qisas alınacağını" deyib. Ordunun sözçüsü General Mamduh al-Amiri bildirib:

"Şəhidin qanı boşuna axıdılmayacaq... bütün iordaniyalıları sarsıdan bu fəlakətin qisası özünə bərabər olacaq".

İordaniya təhlükəsizlik rəsmilər Frans Press və Reuters agentliklərinə deyib ki, pilotun yandırılmasına cavab olaraq, iraqlı əsir qadın Sajida al-Rishawi fevralın 4-də edam olunacaq.

Kral Abdulla fevralın 3-də Birləşmiş Ştatlara səfərini yarımçıq dayandırıb, İordaniyaya qayıdıb.

Prezident Barack Obama deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya ekstremist qrupun "tam məğlubiyyətini" təmin etmək üçün "sayıqlıq və əzmini" "ikiqat artıracaq".

XS
SM
MD
LG