Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:25

Tehran Hizbullaha, Fələstin və Suriyaya raket texnologiyaları ötürübmüş


General Amir Ali Hajizadeh və İran istehsallı "Yassir" dronu.

General Amir Ali Hajizadeh və İran istehsallı "Yassir" dronu.

İranın yüksək rütbəli hərbi komandanlarından biri bəyan edib ki, Tehran Hizbullah təşkilatına, habelə Fələstin, İraq və Suriyaya özünün raket texnologiyalarını ötürüb.

İslam İnqilabı Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Amir Ali Hajizadeh Fars xəbər agentliyinə bildirib ki, İranın ötürüdüyü texnolgiyalarla Hizbullah öz raketlərini istehsal edə bilərdi.

Komandan bildirib ki, İran “sionist rejimi, İD və başqa kafirlərə qarşı” mübarizəyə həmişə hazırdır.

General Hajizadeh əlavə edib ki, İran həmçinin pilotsuz təyyarələrin – dronların sxemlərini xaricə ötürə bilib.

Ötən noyabrda Hizbullah baş katibinin müavini Şeyx Naim Qassem bildirmişdi ki, təşkilatın cəbbəxanasında İran istehsalı olan dəqiq “Fateh” raketləri var və bu, İsrail üçün çəkindirici faktor olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG