Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

Argentinada ölmüş prokurorun sənədləri arasından prezident üçün həbs orderinin qaralaması çıxıb


Alberto Nisman.

Alberto Nisman.

Argentinada öz mənzilində meyiti tapılmış prokuror Alberto Nisman-ın sənədləri arasından prezident Cristina Fernández-in həbsi orderinin qalalaması çıxıb.

Bu məlumatı “The New York Times” qəzeti ölümlə bağlı işi aparan müstəntiqə istinadən verib.

Həbs orderinin qaralamasında iddia olunur ki, Argentina prezidenti Cristina Fernández 1994-cü ildə Buenos Ayresdəki Yəhudi İcma Mərkəzini partlatmaqda əlləri olan iranlıları məsuliyyətdən qorumağa çalışıb.

Prokuror yanvarın 18-də ölüb. O, bir gün sonra ölkə konqresində sözü gedən iddia ilə bağlı çıxış etməli idi.

Nisman iddia edirdi ki, prezident iranlılarla əldə etdiyi sövdələşməyə görə 85 nəfərin ölümünə səbəb olmuş partlayışın arxasında duranları gizlətməyə çalışıb.

Müstəntiqlər əvvəlcə prokurorun intihar etdiyini bildirsələr də, bu versiya sonradan rədd edilib.

Beləki cənab Nismanın barmaqlarından barıt nişanələri tapılmayıb.

Bu arada prokurorun mənzilinə ikinci, “qara girişin” mövcud olduğu da üzə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG