Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:00

Almaniyada türk tələbəni qətlə yetirən şəxsə qarşı rəsmi ittiham verildi


Almaniya prokurorları əslən türk tələbə Tuğce Albayrakı öldürən şəxsə qarşı rəsmi ittiham irəli sürüblər.

Ötən ilin noyabrında baş vermiş bu qətl bütün Almaniyanı sarsıtmışdı.

Albayrak noyabrın 15-də bir qrup gənc tərəfindən hücuma məruz qalan iki qızı onların əlindən almağa cəhd göstərərkən ölürülüb.

18 yaşlı şübhəlinin onun başına endirdiyi zərbədən komaya düşən Akbayrak bir daha ayılmamış və xəstəxanada keçinmişdi.

Ötən həftə Almaniyanın “Bild” qəzeti xəbər verirdi ki, Darmştadt şəhərində keçirilən ilkin dinləmədə qətldə şübhəli bilinən şəxsə hücum edilib.

Qəzet yazırdı ki, şübhəli saxlandığı kamerada başqa məhbuslar tərəfindən incidilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG