Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47

İnternetdə iordaniyalı pilotun diri-diri yandırılmasını göstərən video yayılıb (Fotolar)


Fevralın 3-də internetdə yayılan və İslam Dövlət yaraqlılarının yandırdıqları iddia olunan pilot Muath al-Kasaesbeh fotolarından biri.

Fevralın 3-də internetdə yayılan və İslam Dövlət yaraqlılarının yandırdıqları iddia olunan pilot Muath al-Kasaesbeh fotolarından biri.

-

İnternetdə Islam Dövləti yaraqlılarının girov götürdüyü iordaniyalı pilotun diri-diri yandırılmasını göstərən video yayılıb.

Video fevralın 3-də internetdə yerləşdirilib.

Maaz al Kasaesbeh ötən ilin dekabrında İordaniya Hava qüvvələrinə aid F-16 döyüş təyyarəsi Suriyada qəzaya düşərkən əsir götürülüb. Bu ölkə yaraqlılara qarşı beynəlxalq koalisiyanın təşkil etdiyi hava hücumlarında iştirak edir.

İordaniyanın hakim dairələri hələlik videonun həqiqiliyinə münasibət bildirməyib.

Bundan əvvəl İordaniya pilotun geri alınması üçün cəhdlər göstərdiyini, bununla bağlı danışıqlar apardığını bildirirdi. Mediada yayılan məlumatlara görə İordaniya hökuməti 2006-cı ildə sui-qəsd partlayışlarına görə həbs etdiyi qadın yaraqlı Sajida al-Rishawi ilə onu dəyişməyə cəhd edib.

Fevralın 3-də internetdə yayılan və İslam Dövlət yaraqlılarının yandırdıqları iddia olunan pilot Muath al-Kasaesbeh fotolarından biri.

Fevralın 3-də internetdə yayılan və İslam Dövlət yaraqlılarının yandırdıqları iddia olunan pilot Muath al-Kasaesbeh fotolarından biri.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG