Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Ukrayna hakimiyyəti Luhansk vilayətində 2 Ukrayna təyyarəsinin vurulması ilə bağlı rusiyapərəst separatçıların yaydığı məlumatı rədd edir.

Ordunun sözçüsü Oleksandr Motuzyanyk fevralın 2-si və 3-də belə bir şey baş vermədiyini bəyan edib.

Luhanskın lideri Igor Plotnitsky bundan bir neçə saat əvvəl Ukraynaya məxsus Su-25 təyyarəsinin vurulduğunu bəyan etmişdi.

Plotnitsky pilotun katapul etdiyini, təyyarənin isə İrmino şəhərinin yaxınlığına düşdüyünü deyir.

Həmçinin Donetsk separatçıları Debaltsevo şəhəri yaxınlığında daha bir Ukrayna təyyarəsinin vurulduğunu deyirlər.

Bu şəhər hazırda Ukrayna ordusunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG