Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:28

Ukraynaya gedən Rusiya vətəndaşları xarici pasport göstərməli olacaq


Foto arxiv

Foto arxiv

Rusiya vətəndaşları martın 1-dən Ukrayna ərazisinə xarici pasportla keçməli olacaqlar.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk fevralın 3-də müvafiq sərəncam imzalayıb.

Rusiya vətəndaşları bunadak Ukraynaya daxili pasportlarla səfər edə bilirdi.

Yatsenyuk bildirib ki, ölkədə Rusiya vətəndaşları da daxil olmaqla dövlət sərhəddini keçmək üçün Avropa qanunları tətbiq edilməlidir.

Hazırda Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında silahlı toqquşmalar gedir.

Ukrayna ilə Qərb bu münaqişədə Rusiyanı, Moskva isə Kiyevlə Qərbi günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG