Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:58

-

Fevralın 4-də daha çox bəstəkar və müğənni kimi tanınmış Polad Bülbüloğlunun 70 yaşı tamam olur. Bu münasibətlə bu axşam – fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın «Eşq və Ölüm» baletinin premyerası, fevralın 4-də isə Heydər Əliyev Sarayında yubiley gecəsi keçiriləcək.

Gecədə sovet dönəminin məşhur sənətçiləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın Xalq Artistləri Lev Leşenko, Larisa Dolina, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Tamara Qverdsiteli, Fərrux Zakirov, Vaxtanq Kikabidze və başqaları çıxış edəcəklər. Tanınmış ictimai xadimlər və mədəniyyət adamları Mixail Şvıdko, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya da Polad Bülbüloğlunu təbrik edənlər arasında olacaqlar.

Polad Bülbüloğlu Azərbaycanın görkəmli vokal ifaçısı Bülbülün oğludur. O, balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi yazıb, mahnı və romanslar yaradaraq həm də səsləndirib. Bu görkəmli sənət adamı indi Azərbaycanın Rusiyadakı səfiridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG