Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

Azərbaycanın müdafiə naziri Zakir Həsənov fevralın 3-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki son durum, ATƏT-in keçirdiyi monitorinqlərinin nəticələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur.

Minsk qrupuna isə ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

Azərbaycan ordusu hazırda irimiqyaslı hərbi təlim keçirir.

Təlimlərə 15 min canlı qüvvə, zirehli texnika, aviasiya vasitələri, hava hücumlarından müdafiə qurğuları və digər hərbi avadanlıqlar cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG