Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

Almaniya XİN: «Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə daha səmərəli cəlb olunmalıdır»


Foto: Arxiv

Foto: Arxiv

-

«Almaniya 1994-cü il atəşkəs razılaşmasının son vaxtlar ardıcıl olaraq pozulmasından dərin narahatdır».

Bu barədə apa-ya Almaniya Xarici İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib.

Açıqlamada daha sonra deyilir: «Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməkdaşlığını növbəti il ATƏT-ə sədrliyi zamanı da davam etdirəcək. ATƏT-in Minsk Qrupunun üzvü kimi, Almaniya həmsədrlərin davamlı vasitəçilik səylərini dəstəkləyir. Biz münaqişənin nizamlanmasında ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli və öz müqəddəratını təyinetmə prinsiplərinə etibarımızı tamamilə saxlayırıq».

Nazirlik bildirir edib ki, Berlin münaqişə tərəflərinin də dəstəklədiyi Minsk formatına alternativ görmür: «Eyni zamanda, Minsk Qrupunun səylərinə dəstək vermək üçün biz Avropa İttifaqının da daha səmərəli şəkildə prosesə cəlb olunmasını istəyirik. Məsələn, Avropa İttifaqı etimad yaradacaq tədbirlər vasitəsilə nizamlanma prosesində iştirak edə bilər».

Son zamanlar cəbhədə gərginliyin artmasından narahatlıq ifadə edən Almaniya XİN əlavə edib: «Minsk prosesinin irəliləməsi üçün əsas şərtlərdən biri də atəşkəs sazişinə hörmət etmək və dəstəkləməkdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG