Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:10

Belarus prezidenti Gürcüstana səfər edəcək


Belarus prezidenti Alyaksandr Lukashenka

Belarus prezidenti Alyaksandr Lukashenka

-

Belarus prezidenti Alyaksandr Lukashenka apreldə Gürcüstana getməyi planlaşdırır.

Belarusun kənd təsərrüfatı naziri Leonid Zayats bunu fevralın 2-də Belarus-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.

Gürcüstanın xarici işlər nazirliyi də məlumatı təsdiqləyib. Səfərə hazırlıq görüldüyü bildirilir.

Bu arada Lukashenka Rusiyanı getdikcə daha çox tənqid edir. O, Kremlin Avrasiya İqtisadi Birliyində (AİB) dominant rol oynadığını deyir. Birliyə Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Lukashenka ötən ay bildirib ki, ölkəsi AİB-dən çıxa bilər. Daha öncə isə Belarus prezidenti Qərblə gərginləşmiş münasibətləri düzəltməyə söz verib, Rusiyaya xəbərdarlıq edib ki, mane olmasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG