-
Qırğızıstanın ədliyyə naziri Almambet Shykmamatov istefa verəcəyini deyir.
Shykmamatov fevralın 2-də AzadlıqRadiosunun qırğız xidmətinə müsahibəsində istefa planını açıqlayıb. Onun sözlərinə görə, bu addımı prezident administrasiyasının rəhbəri Daniyar Narymbaev-dən üzr istəmədiyi üçün atır.
Shykmamatov yerli qəzetlərdən birinə deyibmiş ki, baş prokuror Aida Salyanova-nın ötən ay istefa verməsinə Narymbaev-in siyasi intriqaları səbəb olub. Onun sözlərinə görə, qəzet dediklərini təhrif edib, ancaq yenə də Narymbaev-dən üzr istəməyib.
Deputatlar həmin məqaləni yazan jurnalistin fevralın 2-də parlamentdə sualları cavablandırmasını istəyiblər. Jurnalist işgüzar səfərdə olduğundan gələ bilmədiyini açılayıb.
Parlamentin koalisiya şurasının sədri Feliks Kulov bildirib ki, Shymamatov-un dedikləri Prezident Almazbek Atambaev-in nüfuzuna ziyan vurub.