Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:34

Məhkəmə Navalny-nin bloqunun bağlanmasından şikayətə baxacaq


Aleksei Navalny

Aleksei Navalny

-

Moskvanın Tagansky Məhkəməsi fevralın 3-də müxalifətçi və bloqqer Aleksei Navalny-nin şikayətinə baxacaq. Navalny bloquna girişin qadağan olunması qərarından şikayət verib.

Qadağanı ötən ay medianı tənzimləyən orqan – Roskomnadzor Baş prokurorluğun xahişilə qoyub. Navalny bunu qanunsuz adlandırıb və şikayət verib.

Öncə də Rozkomnadzor həmin bloqun "qanunsuz" saydığı səhifələrini bağlayıb, istifadəçilərin material paylaşmasını əngəlləyib.

Yanvarın axırınadək Navalny sosial mediadan yararlanaraq martın 1-də Rusiyada kütləvi nümayişlərə çağırıb.

Dekabrın 30-da Navalny-yə fırıldaqçılığa görə 3 il yarım şərti cəza kəsilib. O, ev dustağı edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG