Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:33

-

Rusiyada vətənə xəyanətdə ittiham olunan, 36 yaşlı, yeddi uşaq anası olan qadın öncə müstəntiqlərə verdiyi ifadədən imtina edib. məhkəmənin təyin etdiyi vəkillərdən də imtina edib.

Yeni vəkillərdən biri, Sergei Badamshin fevralın 2-də deyib ki, müştərisi məhkəmənin təyin etdiyi vəkil Andrei Stebenev-dən imtina edərək onun vəkilliyi ilə verdiyi ifadəsini də geri götürüb.

Davydova-nın digər vəkili Ivan Pavlov-un sözlərinə görə, qadının saxlanması və həbsindən apelyasiya verilib.

Yanvarın 29-da Moskvanın Lefortovo məhkəməsi Davydova-nın martın 19-dək saxlanması barədə qərar çıxarıb. İstintaq vətənə xəyanət ittihamlarını araşdırır.

Vyazma şəhərində yaşayan Davydova Ukrayna səfirliyinə zəng edərək Rusiya əsgərlərinin hərəkəti barədə informasiya verməkdə şübhəli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG