Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

Türkiyədə hollandiyalı jurnalistə qarşı cinayət işi qaldırılıb


Türkiyədə prokuror Hollandiyadan olan jurnalist Fréderike Geerdink-ə qarşı cinayət işi açıb və məhkəmədən onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə saxlandıqdan sonra buraxılan jurnalist “terror təbliğatına” görə ittiham olunur.

Diyarbakır məhkəməsinə təqdim edilmiş ittihamnamədə deyilir ki, Geerdink qadağan olunmuş Kürdüstan İşçi Partiyası - PKK-ya sosial mediada dəstək göstərib və hətta təşkilatın bayrağını post edib.

Qərb mətbuatı son aylarda Türkiyədə mətbuat azadlığının boğulduğundan yazır.

Türkiyədə 2006-cı ildən çalışan Geerdink əsasən kürd məsələlərindən yazırdı.

XS
SM
MD
LG