Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16

Britaniyada İsrailə rəğbət azalıb, İrana isə artıb


Londonun mərkəzində İran konsulluğunun binası.

Londonun mərkəzində İran konsulluğunun binası.

Britaniyada keçirilmiş rəy sorğusu iştirakçılarının 35 faizi İsrailə “xüsusilə rəğbətsiz” yanaşdıqlarını bildirib.

Halbuki 2012-ci ildə bu rəqəm 17 faiz olub.

Təhlilçilər bunu İsrailin Fələstində ötən il apardığı hərbi əməliyyatlarla əlaqələndirirlər.

Ötən il həmçinin Britaniya parlamenti Fələstin dövlətinin tanınması barədə hökumətə təklif verilməsi barədə qətnaməni demək olar, yekdilliklə qəbul edib.

Əvəzində Britaniyada İrana 2012-ci ildə “rəğbətsiz” münasibət bəsləyənlər respondentlərin 45 faizini təşkil edirdilərsə, son rəy sorğusunda bu rəqəm 33 faiz olub.

Bu isə İranda daha çox təcavüzkar kimi görünən prezident Ahmadinejad-ın daha mötədil Rouhani ilə əvəzlənməsilə izah olunur.

Britaniyada ən çox sevilməyən ölkə isə 47 faizlə Şimali Koreya olub. İki il əvvəl bu rəqəm 40 faiz idi.

Ümumiyyətlə, ölkələrin təcavüzkar davranışları onlara bəslənilən rəğbətin azalması ilə müşaiyət olunub.

Məsələn 2012-ci ildə Rusiyaya rəğbətsizlərin faizi 30 idisə, ötən il Krımın ilhaqından sonra bu rəqəm 56 faizə sıçrayıb.

İctimai rəyi öyrənən YouGov təşkilatı ilə Chatham House araşdırma mərkəzinin birgə layihəsi olan bu rəy sorğusu 2000 britaniyalını əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG