Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:40

Alexander Litvinenko Mİ6-nın “maaşlı məsləhətçisi” olub


Marina Litvinenko.
Marina Litvinenko.

Keçmiş Rusiya casusu Alexander Litvinenko-nun dul xanımı Marina Britaniyada keçirilən məhkəmədə bildirib ki, əri Britaniyanın hərbi kəşfiyyatı Mİ6-dan ayda 2 min funt sterlinq maaş alırmış.

Marina Litvinenko ərinin ölümünü araşdıran məhkəməyə deyib ki, Alexander Litvinenko Mİ6-da məsləhətçi kimi işləyib.

Məhkəmədə həmçinin qeyd olunub ki, Litvinenko Rusiya prezidenti Vladimir Putinin mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğuna inanırmış.

Cənab Litvinenko Putinlə ilk dəfə 1998-ci ildə hazırkı Rusiya prezidenti FTX-nin rəhbəri olarkən görüşüb.

Xanım Litvinenko məhkəməyə deyib ki, əri Putinin Peterburq kriminal aləmi ilə əlaqəli olduğunu düşünürmüş.

O deyib ki, həyat yoldaşı biznesmen Boris Berezovsky-nin qətlinə sifarişi rədd etdikdən sonra özünün aradan götürüləcəyinə inanırmış.

Rusiyadan Britaniyaya qaçdıqdan sonra Alexander Litvinenko hava limanında bir polis zabitinə yaxınlaşaraq “mən DTK agentiyəm və siyasi sığınacaq istəyirəm” deyib.

Burda sığınacaq aldıqdan sonra bir müddət Berezovsky Litvinenko-ya maddi yardım göstərib.

Litvinenko-nun xanımı məhkəmədə həmçinin bildirib ki, mərhum əri həm də İspaniya polisinin mütəşəkkil cinayətkarlıqla əməliyyatları ilə əməkdaşlıq edirmiş.

XS
SM
MD
LG