Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:24

Məşhur ingilis aktyor: “Həyat tanrısız daha sadə, daha təmizdir”


Stephen Fry

Stephen Fry

“Tanrı qətiyyən hörmətə layiq deyil.

Elə ki onu bir kənara qoydun, həyat daha sadə, daha saf, təmiz, daha yaşamalı olur”.

İngiltərənin tanınmış komediya ustası Stephen Fry bunu ötən bazar axşamı RTE telekanalının “Həyatın mənası” proqramında söyləyib.

OxuZalı “Guardian”a istinadla xəbər verir ki, onun tanrı haqda dedikləri birmənalı qarşılanmayıb.

Proqramdan bir parça Youtuba da qoyulub. İndiyəcən ona 4 milyon adam baxıb. (Şərh hissəsi artıq bağlanıb)

Aktyor tanrını şər qüvvə adlandırıb.

Aparıcı ondan soruşub ki, əgər ölsəydi və tanrıyla üz-üzə gəlsəydi, ona nə deyərdi.

Fry-ın cavabı belə olub: “Soruşardım ki, bu qədər əzab-işgəncə olan (hansı ki bizim günahımızdan baş verməyib) dünyanı niyə yaratmısan? Axı bu düzgün deyil…

Bu qədər ədalətsizliyin olduğu dünyanı yaradan tanrı eqoistin biridir, biz hələ bir diz çöküb ona təşəkkür də etməliyik”.

Aktyor xərçəng xəstəliyinə tutulan, yaxud həşərat dişlədikdən sonra kor olan uşaqların əzablarını yada salaraq “axı tanrı bütün bunların olmadığı dünya da yarada bilərdi” – deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG