Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:14

Merkel Azərbaycandan çəkiləcək qaz kəmərindən danışır


Angela Merkel
Angela Merkel

-

"Almaniya çalışacaq ki, Avropa Birliyinin heç bir üzvü hansısa bir enerji mənbəyindən asılı olmasın".

Almaniyanın kansleri Angela Merkel bunu Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa Birliyinin daxilində elə bir şəbəkə qurulmalıdır ki, bütün üzv dövlətlərin mövcud enerji mənbələrinin hamısına çıxışı olsun.

O xatırladıb ki, Macarıstan da bir sıra digər Avropa ölkələri, o cümlədən Almaniya kimi Rusiyadan enerji məsələsində çox asılıdır. Buna görə də Avropa daxilində müxtəlif səmtlərdə kəmərlər qurulmalı, lazım gələndə enerji daşıyıcılarını əks istiqamətdə nəql etmək imkanları yaradılmalıdır.

""Nabucco" iflasa uğradı, "Cənəbu axını" isə qeyri-müəyyəndir" - deyən Mertkel bu baxımdan Azərbaycandan çəkiləcək Transanadolu qaz kəməri layihəsi reallaşarsa, Macarıstanın da öz enerji mənbələrini müxtəlifləşdirə biləcəyini bildirib.

O, Avropa Biriliyinin bunun üçün sərmayə imkanlarının olduğunu da söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG