Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Rusiyalıların yalnız 13 faizi «ana söyüşünü» təhqir hesab edir


Rejissor Andrei Zvyagintsev-in "Leviafan" filmindən kadr.
Rejissor Andrei Zvyagintsev-in "Leviafan" filmindən kadr.

«Levada» mərkəzinin apardığı rəy sorğusunun nəticələrinə görə, rusların yarıdan çoxu danışıqlarında ana söyüşü işlədir.

-

Moskvadakı ictimai rəyi öyrənmə “Levada” mərkəzinin verdiyi məlumata görə rusiyalıların 59 faizi danışarkən ana söyüşü işlədir.

Rəy sorğusunun nəticəsinə görə “ağzı söyüşə öyrənənlər"in 10 faizi bunu daim, 49 faizi isə bəzən edir.

Rusiyalıların 74 faizi ətrafdakıların söyüş söydüklərinin daim şahidi olduqlarını bildirirlər.

Rəy sorğusu 18 yaşından başlayaraq bütün qruplardan olan 1600 nəfər arasında aparılıb.

Bunlar Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsini təmsil ediblər.

Yeri gələndə...

Rəyi soruşulanların 54 faizi hesab edir ki, söyüşdən “söhbət vaxtı yeri gəldiyi üçün” istifadə edilir.

33 faiz söyüşün ürəyi boşaltmağın üsulu olduğunu düşünür.

Rəyi soruşulanların yalnız 13 faizi ana söyüşünü təhqir hesab edir.

Yanvar ayında Rusiya Dövlət Dumasının mədəniyyət komitəsinin rəhbəri kinorejissor Stanislav Govurukhin nalayiq sözlərin kino sənətinə qayıtması əleyhinə çıxış etmişdi.

İcazə verin söyüş söyək

Bundan əvvəl rejissorlar Fyodr Bondarchuk, Nikita Mikhalkov, Sergei Miroshnichenko və Karen Shakhnazarov baş nazir Dmitry Medvedevə yazdıqları müraciətdə kinofilmlərdə əsərin bədii həllinin tələb etdiyi yerlərdə söyüşün işlədilməsinə icazə verilməsini xahiş etmişdilər.

Məhz bu kimi mübahisələrə görə hay-küyə səbəb olmuş Leviafan filminin prokata buraxılması ləngiyir.

Filmin yenidən səsləndirilmiş versiyasının ekranlara buraxılmasına hər halda icazə verilib.

Hamı söyür, hər yerdə söyür

Prezident Vladimir Putin bu məsələnin, ümumiyyətlə qanunlarla tənzimlənməsinin əleyhinədir.

Maraqlıdır ki, respondentlərin təhsili və sosial statusu və ya yaşadıqları şəhər və kəndlər sorğunun nəticələrinə ciddi təsir göstərməyib.

Başqa sözlərlə, Rusiyada ana söyüşünü bütün yerlərdə, bütün insanlar təxminən eyni nisbətdə işlədirlər.

Burası da var ki, ana söyüşünü ən fəal işlədənlər 18-24 yaş arasında olanlardır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG