Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54

-

“Casus ruhu” filmini çəkən rejissor Vladimir Bortko Dövlət Dumasının mədəniyyət komitəsinin sədr müavinidir.

Amma 10 milyon dollara başa gələn filminin bir ildi nə kinoteatrlarda nümayişinə nail ola bilir, nə də televiziyada.

Rejissor axırda mətbuata üz tutub və filmin nümayişinə “senzura nöqteyi-nəzərindən” imkan verilmədiyini deyib:

“Rəsmən bizdə senzura yoxdur. Amma filmin istehsalçıları – Sankt Peterburqun «2В2» şirkəti, «Россия» telekanalı, Nikita Mikhalkovun «Тритэ»si öz titrlərini filmdən çıxardıblar”.

Rejissor təəccüblənir ki, necə ola bilər, film Dövlət Dumasında, Mədəniyyət Nazirliyində nümayiş edilsin, alqışlarla qarşılansın, amma kinoprokata buraxılmasın.

“Casus ruhu” Londonda çalışan rus casusundan bəhs edir. Onun casus karyerası sovet dövründə başlanıb, amma SSRİ dağılandan sonra da davam etməkdədir.

Filmin ssenarisi rus kəşfiyyatçısı Lyubimovun memuarları əsasında yazılıb.

Kommunist Partiyasının üzvü olan Bortko filminin niyə senzuraya məruz qaldığını demir.

Güman etmək olar ki, filmdə Vətənin maraqları üçün çalışan kəşfiyyatçıların Vətəndə hakimiyyət başında olan korrupsiyalaşmış məmurlardan, oliqarxlardan narazılıq etməsi xətti “yuxarıların” xoşuna gəlməyib.

Bortko filmin Dumadakı nümayişi zamanı demişdi ki, o, casusların qəlbinin dərinliklərinə enməyə, onlarınbu işlə niyə məşğul olduqlarını anlamağa və anlatmağa çalışıb. Sovet vaxtı casusun inandığı ideologiya vardı. Bəs indi? Oliqarxların idarə etdiyi ölkədə onun üçün nə motivasiya ola bilər?

“Təsəvvür edin” – Bortko deyir – “bizim qəhrəman xaricdə olarkən, özü-özünə sual edir: Mən haqlıyammı? İndi nə soyuq müharibə var, nə də inandığım dövlət. Mənəviyyat sərhədlərini keçib başqalarını aldatmaqda, şantaj etməkdə, oğurlamaqda haqlıyammı. Bunu o ölkədən ötrü etməyə dəyərmi ki, indi orda hakimiyyət başına çubayslar, abramoviçlər gəlib. O insanlar ki, onlara vaxtilə nifrət edirdim, indi isə onlara xidmət etməliyəm...”

Bortko “İt ürəyi”, “Quldurların Peterburqu”, “Master və Marqarita” kimi populyar telefilmlərin yaradıcısıdır.

Filmin çəkilişlərindən:

Günün bütün mövzuları

XS
SM
MD
LG