Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:41

Separatçılar Kiyevə yeni təmas xəttini qəbul etdirmək istəyirlər


Qondarma Donetsk və Luqansk respublikalarının rəhbərləri Alexander Zakharchenko və Igor Plotnitsky.
Qondarma Donetsk və Luqansk respublikalarının rəhbərləri Alexander Zakharchenko və Igor Plotnitsky.

Donbasdakı Rusiya yönlü separatçılar Ukraynadan atəşin birtərəfli qaydada dayandırılmasını və “yeni təmas xətti”ni tanımasını tələb edirlər.

Bu barədə bəyanatı Kiyevlə danışıqlara qondarma Donetsk respublikası tərəfindən müvəkkil edilmişDenis Pushilin Moskvada keçirilən mətbuat konfransında verib.

Onlar hazırkı cəbhə xəttinin təmas xətti kimi qəbul olunmasını tələb edirlər.

Beləliklə, separatçılar sentyabr ayında Minsk danışıqlarında müəyyən edilmiş köhnə təmas xəttinin artıq qüvvədən düşdüyünü bildirilər.

Yeni cəbhə xətti separatçıların son günlər ərzində zəbt etdikləri yeni əraziləri də əhatə edir.

Pushilin son saatlarda uğrunda döyüşlər gedən strateji Debaltseve şəhərinin təmas xəttinin hansı tərəfində qalacağı barədə suala cavab verməyib.

O sadəcə olaraq bildirib ki, “Debaltseve platsdarmı” mühasirədədir və orada 8-10 min Ukrayna əsgəri ilişib qalıb.

Ukrayna hərbiyyəsi Debaltsevenin mühasirədə olduğuy barədə iddiaları rədd edir.

Pushilin bildirib ki, Ukrayna prezidenti Petro Poroshenko atəşin dərhal dayandırılması barədə əmr verməlidir və yalnız bundan sonra qondarma Donetsk və Luqansk respublikalarının liderləri Minsk danışıqlarına gələ bilərlər.

Kiyev və bir sıra Qərb ölkələri Donbasdakı zorakılıqların şiddətlənməsinin səbəbini Rusiyada görürlər.

Bu arada Berlin və Paris ilkin Minsk razılaşmasının təftiş edilməsini yolverilməz adlandırıb.

XS
SM
MD
LG