Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:25

Britaniya vəkilləri Xalid Bağırovun müdafiəsinə qalxdı


Xalid Bağırov AzadliqRadiosunun studiyasında. Bakı.2011
Xalid Bağırov AzadliqRadiosunun studiyasında. Bakı.2011

-

“Bir çox yüksək səviyyəli siyasi müxalifət nümayəndələrinin vəkili kimi, cənab Bağırovun vəkillik fəaliyyətinin dayandırılması ehtimalı Azərbaycan dövlət orqanlarının tənqidi səslərin qabağını almaq və hər hansı fərqli düşüncə formasını aradan qaldırmaq cəhdləri ilə həmahəngdir".

Britaniyadakı Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) vəkil Xalid Bağırovla bağlı yaydığı bəyanatda belə deyilir. Assosasiya Xalid Bağırovun işinə baxan Nizami Rayon məhkəməsinin iclası ərəfəsində Azərbaycan hakimiyyətini onun ədalətli mühakimə hüququna hörmət etməyə çağırıb.

Azərbaycan Vəkillər Kollegiyası ötən il X.Bağırovun vəkillik fəaliyyətindən kənarlaşdırılması barədə iddia qaldırmış, məhkəmə hökmü çıxanadək onun vəkillik fəaliyyətini məhdudlaşdırmışdı. Xalid Bağırovu ittiham edirlər ki, məhkəmə proseslərinin birində dövlət və dövlətçiliyə qarşı çıxış edib.

Xalid Bağırovun özü baş verənlərin onu susdurmaq məqsədi daşıdığını deyir.

IBAHRI hesab edir ki, Xalid Bağırova qarşı iddia qaldıran qurum müstəqil deyil: “Azərbaycan Vəkillər Kollegiyası siyasi xarakterli məhkəmələrdəki kollegiya üzvlərinə onların fəaliyyətini dayandırmaq kimi qərəzli intizam icraatları həyata keçirməklə, hökümətin bir qolu kimi çıxış edir.” - deyə təşkilatın bəyanatında bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, həbsdəki hüquqşünasları müdafiə edənlər öz müştərilərinin məhkəmə işlərində şahid kimi ifadə verməyə çağırılır.

Xatırladırıq ki, Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınır. Onun müdafiə etdiyi şəxslər sırasında Arif Yunus, İlqar Məmmədov, Yadigar Sadıqlı, bəzi NİDA-çı gənclərin də adı var.

2014-cü ilin avqustunda Beynəlxalq Vəkillər Assosiasiyası, Amnesty International, Human Rights Watch və digər beynəlxalq təşkilatlar Avropa Şurası baş katibinə birgə məktub ünvanlayaraq Strasburqu Azərbaycanda repressiyalara son qoymaq üçün addımlar atmağa çağırıblar.

Bəyanat yayan Beynəlxalq Hüquqşünaslar Assosiasiyası 1947-ci ildə yaradılıb. Vəkillər, hüquqi firmalar, vəkil kollegiyaları və hüquqi cəmiyyətlərin qlobal üzvlüyü sayəsində qurum beynəlxalq hüquq sahəsində islahatlara və inkişafa təsir göstərir.

AzadliqRadiosu Xalid Bağırovla əlaqə saxlayaraq Nizami rayon məhkəməsində onun işinin gedişi ilə maraqlandı. Vəkil bildirdi ki, müəyyən vəsatətləri nəzərdən keçirəndən sonra məhkəmə fevralın 13-dək təxirə salınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG