Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

İnsan Hüquqları Birgə Qrupunun toplantısı gözlənilir


-
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri İşçi qrupun birgə toplantısının keçirilməsini istəyirlər. Bu haqda AzadliqRadiosuna xəbər verən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, sonuncu əfv fərmanından sonra qrup ikinci dəfə toplaşıb ölkədəki insan haqları ilə bağlı məsələni müzakirə edib. Konkret hansı mövzuların müzakirə olunduğunu açıqlamayan hüquq müdafiəçisi deyir ki, onlar Birgə İşçi Qrupun yığıncağının gündəliyi üçün təkliflər hazırlayıblar:

“Hələlik, İşçi Qrupu bu təkliflərə oz mövqeyini açıqlamayıb, ona görə də bu barədə danışmaq istəmirəm, bircə onu deyə bilərəm, bizə təkcə siyasi məhbus ailələri üz tutmur, haqsız yerə həbs olunduğunu hesab edən məhbus ailələrindən də müraciətlər alırıq”. - deyə Mirvari Qəhrəmanlı bildirib.

İnsan hüquqları üzrə Birgə Qrup ötən ilin oktyabrında Avropa Şurasının baş katibi Thorbjorn Jagland-ın təşəbbüsü ilə yaradılıb. Onun şəxsli nümayəndəsinin də təmsil olunduğu qrupa prezident aparatı şöbə müdiri Fuad Ələsgərov və YAP-dan millət vəkili Səməd Seyidov sədrlik edir.


XS
SM
MD
LG