Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:02

Michelangelo-nun 2 bürünc əsəri tapıldı


Arxiv fotosu
Arxiv fotosu

-

Kembric universitetinin alimləri İtalya intibahının parlaq nümyəndəsi Michelangelo-nun düzəltdiyi iki bürünc heykəlini aşkar etdiklərini bildiriblər.

The Telegraph-ın yaydığı xəbərə görə, heykəllər bəbir üstündə oturmuş gənc və ortayaşlı iki kişinin təsviridir.

Alimlər heykəllərin yaradılış üslubuyla Mikelangelo-nun eskizləri arasındakı bənzərliyə də diqqət çəkiblər.

Tapılan heykəllər usta sənətkarın bürünclə işlənən və zəmanəmizə gəlib çatan yeganə işləridir.

Bu vaxtadək onun bürünclə işlədiyi heykəllərin itib-batdığı güman olunurdu.

XIX əsrdə sözügedən əsərlər Avropa bankirlər sülaləsinin Neapolitan qolunun təmsilçisi olan Adolf Rotshild-ə məxsus kolleksiyada saxlanırmış. Onların Mikelangelo-nun əlindən çıxdığı o zaman da söylənib, ancaq yetərli sübutlar tapılmayıbmış.

Daha sonra bu bürünc heykəllər nisbətən az tanınan başqa müəlliflərə aid edilib və bir sıra kolleksiyaları gəzib- dolaşıb. Amma 2012-ci ildə - Kral Sənət Akademiyasında sərgilənərkən, heykəllər yenə mütəxəssislərin diqqətini çəkib.

Hər iki əsər bu il avqustun 9-dək Kembric Universiteti yanındakı İncəsənət və Tarix Muzeyində ( Fitzwilliam Museum ) göstəriləcək.

Alimlərin araşdırması başa çatmadığından, müəllifin Mikelangelo olub-olmaması barədə son qərar da iyulda açıqlanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG