Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Misir məhkəməsi 183 nəfərə qarşı ölüm hökmünü qüvvədə saxlayıb


Foto arxiv
Foto arxiv

Misir məhkəməsi Müsəlman Qardaşları hərəkatının 183 tərəfdarına qarşı ölüm hökmünü qüvvədə saxlayıb.

Qahirə məhkəməsi ötən ilin dekabrında 2013-cü ildə 11 polisin ölümü ilə nəticələnən iğtişaşlara görə, 188 nəfəri ölüm hökmünə məhkum edib.

Bu hücum polisin həmin vaxt islamçı prezident Muhammed Morsinin devrilməsindən sonra keçirilən etiraz aksiyalarını dağıtmasından sonra törədilib.

Məhkəmə həmçinin fevralın 2-də ölüm hökmünə məhkum edilmiş yeniyetmənin cəzasını 10 illik həbslə əvəz edib.

Qərarlardan şikayət verilə bilər.

Yanvarda isə Apellyasiya məhkəməsi ölümə məhkum edilmiş 37 nəfərə qarşı hökmləri ləğv edib.

XS
SM
MD
LG