Kriminal polisin keçmiş rəis müavini İrakli Pirtskhalava və daha iki keçmiş polis zabiti fevralın 2-də Baş Prokurorluqda ifadə veriblər.
Onlar Zurab Vazagashvilinin qətlində şübhəli bilinirlər.
Zurab 2006-cı ildə Tbilisidə Polisin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.
Polislərin cəzalandırılmasını tələb edən atası Yuri Vazagashvili isə yanvarın 20-də oğlunun məzarını ziyarət edərkən törədilən partlayışda ölüb.
Bu işlə bağlı ümumilikdı 11 nəfər saxlanıb.
Gürcüstanın daxili işlər naziri Aleksandr Chikaidze bu işdə mənvəi cavabdehliyə görə yanvarın 23-də istefa verib.