Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:02

Merkelin Macarıstana səfəri başlayıb


Angela Merkel
Angela Merkel

Almaniyanın kansleri Angela Merkel fevralın 2-də Budapeştə rəsmi səfərə yollanıb.

O ölkənin baş naziri Viktor Orbanla görüşəcək.

Görüşdə ikitərəfli əlaqələr, Avropa Birliyinin daxilində gedən siyasi proseslər, Macarıstandakı hazırkı vəziyyət və Ukrayna böhranı müzakirə olunacaq.

Merkelin bu səfəri Rusiya prezidenti Vladimir Putinin Macarıstana gözlənilən səfərindən 2 həftə əvvələ təsadüf edir.

Fevralın 1-də Macarıstan parlamentinin qarşısında Ölkənin tam Avropa Birliyi məkanında qalması və Rusiyanın orbitindən kənar olmasını tələb ediblər.

Orban Avropanın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir.

Eyni zamanda o kremilpərəst görsəndiyinə görə Qərbin tənqidi ilə üzləşib.

Baş nazir ötən ilin iyulunda bəyan edib ki, qeyri-liberal dövlət naminə lideral demokratiyadan imtina etmək istəyir və buna misal kimi Rusiya ilə Türkiyəni göstərib.

XS
SM
MD
LG