Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:56

-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) «The New York Times» qəzetində dərc olunmuş yazıyla bağlı açıqlama yayıb. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, qəzet əməkdaşları işğal olunmuş ərazilərə Azərbaycan qanunları çərçivəsində səfər ediblər.

Belə ki, «The New York Times» tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib. Azərbaycan ərazisinə daxil olmaq üçün «The New York Times» əməkdaşlarına giriş vizası rəsmiləşdirilib. Azərbaycan ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün XİN tərəfindən müvafiq akkreditasiya kartı verilib.

«The New York Times»da dərc olunmuş yazı «Toqquşmalar Bakı və Yerevanı müharibəyə çəkir» adlanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG