Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

-

Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Bu barədə AzadlıqRadiosuna Y.Sadıqovun hüquqlarını müdafiə komitəsinin sədri Elman Fəttah məlumat verib:

«Yadigar Sadıqovun ürəyində anadangəlmə problem var. O, daim dərman qəbul edir. Həbsdə olduğu müddətdə biz bu dərmanları ona çatdırırıq. Penitensiar Xidmət də məsələdən məlumatlıdır. Yanvarın 30-da Yadigar bəy həkim müayinəsindən keçirilib və həkimlər onunmüalicə müəssisəsinə köçürülməsi barədə qərar veriblər».

Elman Fəttah deyir ki, Yadigar Sadıqovla fevralın 1-də telefon əlaqəsi saxlayıb. Sadıqov səhhətində ciddi ağırlaşmanın olmadığını deyib.

Elman Fəttah onu da bildirir ki, müayinələr nəticəsində Yadigar Sadıqovun səhhətində ağırlaşmaların olduğu üzə çıxarsa, müdafiə komitəsi hüquqi müstəvidə lazımi addımlar atmaq niyyətindədir.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. O, xuliqanlıqda ittiham olunaraq Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirib. Bundan sonra Y.Sadıqov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə şikayətə baxaraq onun cəzasını 4 ildən 3 il 6 aya endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG