Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

-

Qətlə yetirilmiş yazıçı Rafiq Tağının xatirəsi Bakıda "Yazı" ədəbiyyat dərgisinin düzənlədiyi tədbirdə anıldı.

“Yazı”nın 12-ci sayının böyük bir bölümü onun qətlə yetirilməsinin 3 illiyinə həsr olunub.

Burada Rafiq Tağının bədii yazılarından nümunələr, qələm dostları Əjdər Ol, Azad Qaradərəli, Seymur Baycan, Aqşin Yenisey, qardaşı İlqar Tağı və başqalarının yazılarından parçalar verilib.

Bir zamanlar “Yazı”nın yaradıcı qrupunun üzvü olmuş Rafiq Tağının xatirəsini anmaq üçün qələm dostları və gənc ardıcılları bu günlərdə "Bakitab"a yığışıblar.

Tədbiri Rafiq Tağının qələm dostu, “Yazı”nın baş redaktoru Azad Qaradərəli açıb və Rafiq bəylə birgə dərginin ilk sayını necə hazırladıqlarından, lakin bir qatilin əliylə qətlə yetirildiyi üçün həmin nömrəni Rafiq Tağının görə bilməməsindən təəssüf hissi ilə danışıb.

Sonra Rasim Qaraca, Qulu Məhərrəmli, Babək Göyüş, Sevinc Elsevər və başqaları Rafiq Tağı haqqında xoş xatirələr söyləyiblər, hələ də onun qatilinin tapılmamasından məyus olduqlarını dilə gətiriblər.

Elə bu tədbirin gedişindəcə qərara alınıb ki, yaxın gələcəkdə qələm dostları, yaxınları Rafiq Tağı haqqında xatirələrini qələmə alsınlar və bu xatirələr əsasında sanballı bir kitab da hazırlansın.

XS
SM
MD
LG