Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

Rusiya raketi Britaniya peykini orbitə çıxarıb


Baikonur kosmodromundan arxiv foto

Baikonur kosmodromundan arxiv foto

-

Britaniya peyki Rusiya raketi tərəfindən uğurla orbitə yerləşdirilib.

Fevralın 1-də Qazaxıstanda Baikonur kosmodromundan buraxılan Proton-M raketi Britaniyanın Inmarsat-5F2 kommunikasiya peykini fəzaya çıxarıb.

Inmarsat-5F2 fevralın 2-də raketdən ayrılıb.

Bu arada Rusiyanın Roskosmos kosmik agentliyi fevralın 2-də bildirib ki, daha Ukraynada istehsal olunan Zenit raketlərindən istifadə etməyəcək.

Roskosmos Rusiyanın illərdir buraxdığı Angara raketlərinə keçir.

Ancaq hələlik Zenit raketləri azı 2 dəfə işlədiləcək, sonra istifadədən çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG