Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

Suriyada 22 qırğız öldürülüb


Kobanidən görüntü. Arxiv foto
Kobanidən görüntü. Arxiv foto

-

Suriyada döyüşlərdə Qırğızıstanın 22 vətəndaşı öldürülüb. Bunu ölkənin Daxili İşlər Nazirliyinin təhqiqat departamentinin rəhbəri Rafik Mambetaliev fevralın 2-də deyib. O, əlavə edib ki, 200-dən çox vətəndaş Suriyaya gedib. Onlardan 30-u qadındır.

Suriyaya göndərmək üçün qırğızların yığıldığı 83 hal aşkarlanıb.

"Biz ekstremizmin, terrorçuluğun, beynəlxalq münaqişələrə qanunsuz miqrasiyanın kökünü kəsməyə çalışırıq, " Mambetaliev deyib.

Orta Asiya dövlətləri vətəndaşlarının cihadçı qruplara qoşulmasını əngəlləməyə çalışır. Beynəlxalq Böhran Qrupunun hesablamalarına görə, son 3 ildə Orta Asiyadan 2-4 min adam cihadçılara qoşulmaq üçün Suriyaya gedib.

XS
SM
MD
LG