Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:24

Lavrov Pekində görüşlər keçirir


Sergei Lavrov. Arxiv foto
Sergei Lavrov. Arxiv foto

-

Rusiya xarici işlər naziri Sergei Lavrov fevralın 2-də Pekində Çin və Hindistandan həmkarları ilə görüşür.

Lavrov əvvəlcə Hindistanın xarici işlər naziri Sushma Swaraj ilə ikitərəfli münasibətləri müzakirə edib, daha sonra ikisi də Çinin xarici işlər naziri Wang Yi ilə görüşüb.

Rusiya xarici işlər nazirliyinin məlumatına görə, üçlük Asiya-Sakit Okean regionunda durum, qlobal təhlükəsizliyi, Suriya, İraq, İslam Dövləti silahlı qruplaşması, Ukrayna və digər regionlarda vəziyyəti müzakirə edəcəklər.

Lavrov, Swaraj və Wang Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını da götür-qoy edəcək. Moskva və Pekin bu addımı dəstəkləyir.

Lavrov fevralın 3-də Türkmənistana səfər edəcək.

XS
SM
MD
LG